YUXUSU GÖZÜNDƏN TÖKÜLMƏK

yuxusuzluqdan dayana bilməmək.

YUXUSU ƏRŞƏ ÇƏKİLMƏK
YUXUSU QAÇMAQ
OBASTAN VİKİ
Yakobun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Yaqubun yuxusu

Humayın Yuxusu (1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
I Osmanın yuxusu
I Osmanın yuxusu və ya Osman Qazinin yuxusu — Osmanlı imperiyasının qurucusu I Osman barəsində danışılan dövlətin qurulması haqda rəvayət. Rəvayətə görə Osman bəy yuxusunda Şeyx Ədəbalının qoynunda ayın doğub öz qoynunan girdiyini və göbəyindən çıxan ağacın bütün dünyanı örtdüyünü görmüşdü. Oruc bəy yuxunun Osman Qaziyə yox atası Ərtoğrul Qaziyə aid olduğunu demişdir. Onun rəvayətinə görə də şeyxin qoynunda çıxan ay Ərtoğrulun qoynuna girir. Sonra isə göbəyində çıxan ağacın kölgəsindən dağlar görsənir. == Yuxu == Yuxu Aşıqpaşazadə tarixində belədir: == Dəqiqiliyi == Bir çox alim yuxunun Osman Qazinin ölümündən yüz ildən çox müddət sonra — XV əsrdə ortaya çıxdığını və sonrakı dövrdə yaradıldığını qəbul edir.
Ölüm yuxusu (roman)
Ölüm yuxusu – Azərbaycan yazıçısı Vaqif Sultanlının 1987-ci ildə yayınlanmış real və şərti-metaforik üslubun qovuşuğunda yazdığı miniatür roman Vaqif Sultanlının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "Ölüm yuxusu" romanında təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan romanda mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir. "Ölüm yuxusu" romanı ilk dəfə "Yazıçı" nəşriyyatında müəllifin "Sönmüş ulduzlar" (1988) adlı kitabında müəyyən ixtisarla yayınlanmışdır. Roman tam şəkildə 1992-ci ildə "İnsan dənizi" romanı ilə birlikdə "Gənclik" nəşriyyatında yayınlanmışdır. 2002-ci ildə "Turan" nəşriyyatında eyniadlı kitabda nəşr olunmuş, 2010-cu ildə Azərnəşrdə yayınlanan "Heçlik vadisi" adlı kitaba daxil edilmişdir. "Ölüm yuxusu" romanı haqqında Azərbaycan və dünya mətbuatında çox sayda məqalə dərc olunmuşdur. Roman haqqında prof. Tamilla Aliyeva (Türkiyə), dr. Əhməd Sami El Aydi (Misir), Vinsent Valş (Böyük Britaniya), dr.
Cəngavərin yuxusu (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Qış yuxusu (film)
Qış yuxusu (türk. Kış Uykusu) — Nuri Bilge Ceylan tərəfindən çəkilmiş 2014-cü il istehsalı Türkiyə filmi. Film 2014 Kann Film Festivalında Qızıl Palma qazanmışdır. Film ayrıca eyni festivalda FIPRESCI mükafatına da layiq görülmüşdür. Filmin ilk nümayişi festival daxilində 16 may 2014-cü ildə edilmişdir. Rejissorluğunu Yılmaz Güneyin etdiyi "Yol"un ardından Qızıl Palma qazanan ikinci Türkiyə filmidir. Aydın təqaüdçü bir oyunçudur; aktyorluğu buraxdıqdan sonra Orta Anadoluda öz halında kiçik bir hoteldə çalışaraq günlərini keçirər. Həyatında isə iki qadın vardır: özünə hər anlamda uzaq və soyuq olan gənc arvadı Nihal və boşanmış olan bacısı Necla.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Humayın yuxusu (film, 1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Kəpənəyin yuxusu (film, 2013)
Kəpənəyin yuxusu — Yılmaz Ərdoğanın ssenari müəllifi, rejissoru və aktyoru olaraq çəkilən türk dram filmidir. Film 2013-cü ildə 86-cı Oskar mükafatlarında Türkiyənin ən yaxşı xarici film üzrə Oskara namizədliyi göstərilmişdir. Kəpənəyin yuxusu filminin musiqi bəstəkarı Rəhman Altın Amerikada keçirilən "Moondance Beynəlxalq Film Festivalında "Ən yaxşı Film Musiqisi " mükafatına layiq görülüb. "Kəpənəyin yuxusu" filmi üçün bəstələdiyi musiqilərə görə daha öncə İtalya, Belçika və Türkiyənin özündə müxtəlif mükafatlar alan bəstəkar ötən il film musiqiləri siyahısında birinci yeri qoruyub saxlamağı bacarmışdı. == Məzmun == Film Zonquldağda 1941-ci ili təsvir edir. İki gənc şair Rüşdü Onur və Müzəffər Tayyib Uslu yeni-yeni modernləşən bu mədən şəhərində məmur kimi həyatlarına davam edərkən, bir yandan da sənətlə, ədəbiyyatla, ən çox da şeirlə məşğul olurlar. Şairliyə və sənətə baxışın hələ inkişaf etmədiyi cəmiyyətdə şeir yazan bu iki vərəmli gənc cəmiyyətin hər üzvünə şeiri sevdirməyə çalışır. Bələdiyyə sədrinin qızı Suzan Özsoyun Zonquldağa gəlməsiylə Rüsdü və Müzəffərin şeirə inancı daha da artar. Ailəsinin istəməməsinə baxmayaraq Suzan onlarla dostlaşır. Fəqət 1940-cı illərin vəbası olan vərəm bu iki gəncin həyatını da təhdid etməyə başlayır, öz gələcəklərini qurmaq üçün gənclər həyat mübarizəsinə başlayırlar.
Qış yuxusu (film, 2014)